Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Market inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini mükəmmək bilməlidir.
Vakansiya: Market inzibatçısı (Kürdərmir, Sumqayıt, Lökbatan)-FMCG
Vəzifə öhdəlikləri:
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
- Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
- Mağazanın ümumi idarə edilməsi
Tələblər:
- İş təcrübəsi 3 il
- Yaş 25 – 40
- Ali təhsil
- Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Market inzibatçısı (Regionun adı)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...