Manipulyator sürücüsü (tikinti)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding Manipulyator sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:

  • Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
  • Manipulyatordan həm qapalı, həm də açıq məkanda effektiv istifadə bacarığı
  • İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
  • İşə başlanmazdan əvvəl maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
  • Zavoda qayıtdıqda avtomobili ona aid edilmiş yerdə saxlanılması və istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
  • Avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
  • Avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
  • Avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
  • Avtomobilini və qarajın təmiz saxlanılması;
  • Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
  • Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
  • Danışıq və etika qaydalarına riayət edilməsi;

Tələblər:

  • Kran sürmək üçün icazə lisenziyası
  • Sürücülük vəsiqəsi (BC)
  • Minimum 2 il kran istifadə təcrübəsi

İş şəraiti:

  • iş qrafiki: 6 günlük iş həftəsi
  • əmək haqqı: müsahibə əsasında təyin olunur
  • AR ƏM əsasən işə qəbul
  • Nahar verilir

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Manipulyator sürücüsü” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı