Qısa məzmun
Shahdag Tourism Center CJSC Maliyyə analitiki / Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əmək Funksi̇yası:
- Maliyyə məlumatlarını təmin etmək və onları təhlil etmək;
- İllik monitorinqin həyata keçirilməsini təmin etmək məqsədi ilə auditorlarla birgə işləmək;
- Müəyyən olunmuş müddət ərzində dəqiq və düzgün maliyyə hesabatlarını hazırlamaq;
- Mühasibat uçotunun idarə edilməsinin əksər aspektlərini (hesablaşma, hesabatlıq və sair) dəstəkləmək;
- Rəsmi qayda və tələblərə uyğun olaraq maliyyə hesabatlarını hazırlamaq;
- Bütün jurnal qeydlərini hazırlamaq və idarə etmək;
- Əsas kitab hesablarını hazırlamaq/nəzarət etmək; hər ay bank üzləşdirmələrini göndərmək;
- Büdcələrin və ya proqnozların hazırlanmasında köməklik göstərmək;
- İllik auditə hazırlanmasında iştirak etmək;
- Rəhbərlik və ya dövlət orqanları üçün hesabatların hazırlanmasına köməklik göstərmək;
- Səhvlərin və ya kənarlaşmaların müəyyən edilməsi və həll edilməsi üçün şirkətin mühasibat məlumatlarını nəzərdən keçirmək;
- Əsas vəsaitlərin alınması və silinməsi prosesini idarə etmək/dəstəkləmək;
- Bütün mühasibatlıq əməliyyatlarını, o cümlədən hesablaşma, debitor və kreditor borclar, baş kitab, gəlir tanıma, maya dəyəri, ehtiyat və əsas vəsaitlərin uçotu üzrə əməliyyatları dəstəkləmək;
- Uyğunluğu təmin etmək üçün texniki uçot məsələlərini araşdırmaq;
- Ay və il bağlama prosesini idarə etmək;
- Maliyyə transaksiyalarının və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;
- Daxili nəzarəti təmin etmək və gücləndirmək üçün biznes proseslərini və mühasibat siyasətlərini hazırlamaq və sənədləşdirmək;
- Hesabatları və təhlil nəticələri ilə bölüşmək üçün rəhbərlik və ya icraçı heyət ilə yaxından işləmək;
- Biznes səmərəliliyini artırmaq və xərcləri azaltmaq; əməliyyat və kapital xərclərini optimallaşdırmaq;
Bi̇li̇k və Bacarıqlar:
- Təşkilati prosedurların bilməsi;
- İşi planlaşdırmaq və təşkil etmək bacarığı;
- Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
- MS Office proqramlarını yüksək səviyyədə bilməsi;
Təhsi̇l:
- Maliyyə/mühasibatlıq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
İş Təcrübəsi̇:
- Müvafiq sahədə ən azı 3 il təcrübəsi;
Necə müraciət etməli:
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
- Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə analitiki / Mühasib” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.
- İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...