Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
- Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz:
- Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
- Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
- Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
- Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...