Qısa məzmun
Sumgait Technologies Park LLCMaliyyə nəzarəti və mərkəzi xəzinədarlıq bölməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsilli;
- Maliyyə sahəsində ən azı 1 – 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında (əsasən excel) yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərində yaxşı səviyyədə kommunikasiya bacarığının olması.
- Milli və beynəlxalq uçot standartlarını bilməli (ACCA sertifikatları arzuolunandır);
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalıdır;
Hansı işləri görəcəksiniz:
- Əməliyyatların daxili prosedurlara uyğunluğunun yoxlanılması və lazımı rəylərin bildirilməsi
- Ödənişlər icrası üçün lazım olan sənədlərin qəbulunun,arxivlənməsinin təmini və Elektron bank sistemi vasitəsilə gündəlik ödənişlərin həyata keçirilməsi;
- Ödəniş əməliyyatlarının ERP sistemdə uçotunun aparılması
- Nağd pul axını hesbatlarının hazılanması;
- Rəhbərlərin göstərişinə əsasən daxili hesabatların hazırlanması;
- Bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə nəzarəti və mərkəzi xəzinədarlıq bölməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” yazaraq 23.12.2021-ci il tarixinədək göndərilməsi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...