Qısa məzmun
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
- • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;
- • Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
- • Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
- • Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;
- • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
- • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
Tələblər
- • Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır);
- • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
- • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
- • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- • MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
- • Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
- • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- • Bank təcrübəsi, maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...