Maliyyəçi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elmanado MMC Maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • İş təcrübəsi: Qeyd olunan vəzifədə 3 ildən artıq
  • Təhsil: Ali (iqtisadi, maliyyə)
  • Dil bilikləri: Azərbaycan, Rus
  • Maliyyə hesabatları ilə işləmə bacarığı
  • Maliyyə nəzarətin prinsiplərini bilməli
  • Vergi sistemini bilməli
  • ACCA F2,F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
  • Kompüter bilikləri: MS Ofice
  • Analitik təhlil

İş haqda məlumat:

  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq
  • Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri
  • hazırlamaq və icrasına nəzarət etmək
  • Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək nəzarət etmək
  • Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və
    rəhbərliyə təqdim edilməsində iştirak etmək
  • Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlamaq (məhsulun maya dəyəri,
  • elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və
    s.)
  • Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulmasını təmin
    etmək
  • Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
  • İstehsalat planlamalarının hazırlanması
  • İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması
  • Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması,
    dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin etmək
  • Müdiriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi

İş qrafiki :

  • Həftənin 6 günü, bazar günü istirahət
  • İş saatı : 09:00-dan 19:00-də
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən verili
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılı
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən Elmanado Ayaqqabı Fabrik
  • CV “Maliyyəçi” başlığı ilə cv.elmanado@gmail.com ünvanına göndərin (məktubun mövzu bölməsində
    vakansiyanın adını qeyd etmək mütləqdir

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı