Qısa məzmun
Ə/h 1200-1500 AZN. Amass Group Maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.
İş barədə məlumat:
- Mühasibat şöbəsinin fəaliyyətinin təşkili
- Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
- Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
- İstehsalat planlamalarının hazırlanması
- Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək
- Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etmək
- İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
- Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
- Büdcə icrasının monitorinqi və təhlil edilməsi
- Bütün satış və satınalma xərclərinin təsdiq edilməsi
- İlik biznes planlaşdırılmasında iştirak etmək
- Şirkətin büdcəsinin hazırlanmasını və baxışdan keçirməsini təşkil etmək
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək
- Nahar şirkət tərəfindən verilir
- Mobil telefon və kooperativ nömrə verilir
- İş saatları həftə içi 09:00-dan 18:00-a, şənbə 09:00-dan 16:00-a qədər
Namizədə tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil
- Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı (İstehsalat üzrə fəaliyyət göstərən şirkətlərdə iş təcrübəsi olması arzuolunandır)
- Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
- Word, Excel, 1C və İnternetdə işləmə bacarığı
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
Xahiş edirik, müraciət e-poçtunun mövzu bölməsində “Mühasib”vəzifəsini göstərin və bu ünvana göndərin: amassgroupazerbaijan@gmail.com
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...