Qısa məzmun
Ə/h 400 -500 AZN. Smart Audit Maliyyə Departamentinin kiçik Mütəxəssisii vəzifəsi üzrə vakansiya elan edir. Peşəkar inkişafa meyllilik olmalıdır.
Vəzifə təlimatları:
- • Ödəniş tapşırıqlarının yazılması;
• Müqavilə və onlara əlavələrin , təhvil-təslim aktlarının hazırlanması;
• Müştərilərin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının hazırlanması, debitor və kreditorları barədə mütəmadi məlumatların verilməsi;
• Şirkətlərin mühasibat uçotu məlumatlarının 1C proqramında işlənilməsi;
• Elektron qaimələrin, vergi hesab-fakturaların təqdim edilməsi;
• E-taxes.gov.az saytında elektron poçt qutusunun mütəmadi olaraq yoxlanılması.
Vəzifə ilə bağlı tələblər:
- • Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə və ya digər iqtisadiyyat sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək üstünlükdür).İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək.
Əmək haqqı: 400 – 500 AZN
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin kiçik Mütəxəssisi” yazmaqla 03.03.2021 tarixinədək bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: turana.asadova@smartaudit.az
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...