Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SR Group Co MMC Maliyyə və vergi hesabatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Komandada işləmə bacarığı olmalıdır.
Vakansiya: Maliyyə və vergi hesabatları üzrə mütəxəssis
Tələblər:
- Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi;
- Elektron Hökumət Portalı ilə və o cümlədən əsas olaraq elektron vergi portalı, gömrük portalı və s. ilə işləmək bacarığına malik olmaq;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun, Mülki Məcəllənin və digər iqtisadiyyatı tənzimləyən normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilmək (ingilis dili biliyi əlavə üstünlükdür);
- Komandada işləmə bacarığı.
Vəzifələr:
- Maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
- Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
- Vergi bəyannamələrinin və statistik hesabatların tərtib edilməsi, təqdim edilməsi və əlaqədar dövlət qurumları qarşısında müdafiə edilməsi;
- Şirkətin adi fəaliyyəti zamanı vergi uçotu ilə maliyyə uçotu arasında yaranacaq müvəqqəti və daimi fərqləri uçotda əks etdirmək, təqib etmək və müqayisə etmək;
- Vergi uçotunun aparılması məqsədi ilə informasiyaların emal edilməsində müasir texnoloji vasitələrdən, o cümlədən exceldən və digər xüsusi proqram təminatlarından (1C proqram təminatının son versiyalarına üstünlük verilir) istifadə etmək.
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi sevda.orujova@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...