Yandex-watch
Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis peşəsi üzrə vakansiya — Bank Respublika ASC — iş elanları 2021

Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis peşəsi üzrə vakansiya 2020 / 2021

Bank Respublika ASC Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Bank-Respublika-vakansiya-2020

“Bank Respublika” ASC Risklərin idarə edilməsi departamentində “Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
  • Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
  • Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;•
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ümumi işlər üzrə könüllü

Unibank Ümumi işlər üzrə könüllü vəzifəsi üzrə vakansiya elan edir.

Unibank - Bakı - 16.09.2021

Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Bank Avrasiya ASC Əməliyyat inzibatçılığı şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. .

Bank Avrasiya ASC - Bakı - 16.09.2021

Kreditor (Quba)

Ə/h razılaşma yolu ilə. Kontakt Home Kreditor vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsi arzu olunandır.

Kontakt Home - Lənkəran, Quba - 16.09.2021

Satınalmalar üzrə mütəxəssis

Halal-P Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Halal-P - Bakı - 16.09.2021

Alternativ satış kanalları üzrə mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Alternativ satış kanalları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 16.09.2021

800₼

Mühasib

Ə/h 800 AZN. Oil Supply MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. E-portal proqramı ilə işləmək bacarığının olmalıdır.

Oil Supply MMC - Bakı - 16.09.2021

Mühasib – Kiçik mütəxəssis (təçrübəçi)

Autolux Azerbaijan LLC Mühasib - Kiçik mütəxəssis (təçrübəçi) vəzifəsi üzrə vakansiya elan edir.

Autolux Azerbaijan LLC - Bakı - 16.09.2021

Mühasib

Ə/h razılaşma yolu ilə. Universal Təchizat ASC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Təhlil aparmaq bacarığı olmalıdır.

Universal Təchizat ASC - Bakı - 16.09.2021

Kiçik və Orta Biznes kreditləri şöbəsi

Azər Türk Bank Kiçik və Orta Biznes kreditləri şöbəsi vəzifəsi üzrə vakansiya elan edir.

Azər Türk Bank - Bakı - 16.09.2021

Filial müdiri

Güvənli MMC Filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Güvənli MMC - Bakı - 16.09.2021

Kassir

Bank Respublika ASC Kassir vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət bacarığı olmalıdır.

Bank Respublika ASC - Bakı - 16.09.2021

Kredit üzrə mütəxəssis

Ə/h razılaşma yolu ilə. Texnomart Mağazalar Şəbəkəsi Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək diqqət, təqdim etmə bacarığı olmalıdır.

Texnomart Mağazalar Şəbəkəsi - İmişli, İsmayıllı - 16.09.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et