Maliyyə üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azdizayn Group MMC Debitor kreditor borclar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

   “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Maliyyə, mühasibatlıq sahəsində 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür)
  • İdarəeətmə bacarığı
  • Diqqətcillik
  • Hesablama qabiliyyəti
  • Analitik düşünmə qabiliyyəti
  • Hesabatlılıq
  • Vaxtın idarə edilməsi
  • Məsuliyyətlilik
  • Kompüter bilikləri (MS Office, Micro)

İş haqqında məlumat:

  • Şirkətin maliyyə fəaliyyətinin düzgün qurulması və Maliyyə şöbəsinin inkişafı üçün təkliflər verilməsi
  • Maliyyə şöbəsi əməkdaşlarının işlərinə dəstək göstərilməsi və onların düzgün şəkildə yönləndirilməsi
  • Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarının tərtib edilməsi
  • Şirkətdə həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələrin tərtib edilməsi
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət edilməsi;
  • Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil edilməsi;
  • Мaliyyə aktivlərinin idarə olunması, büdcə planlaşdırılmasının təmin edilməsi
  • Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffеktivliyinin yaxşılaşdırılması
  • Aylıq,gündəlik hesabatların hazırlanması və rəhbərliyə bildirilməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Korporativ nömrə
  • Əmək haqqı: 1000-1500

Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə üzrə  mütəxəssis” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı