Qısa məzmun
Ə/h 700-1000 AZN. Zeytun Pharmaceuticals Maliyyə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
- Stressə davamlılıq, komanda şəklində işləmək bacarığı, obyektiv qərar vermək qabliyyəti;
- Azərbaycan dili, Rus dili bilikləri üzrə biliklər;
Vəzifə öhdəliki :
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və şirkətdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunun təşkil edilməsi;
- Filial müdiri ilə koordinasiyalı olaraq, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
- Filial üzrə maliyyə və mühasibat uçotunun aparılması, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərinin hesablanması, proqnoz və idarəetmə hesabatlarının hazırlanması;
- Müəyyən olunmuş prosedur-qaydalara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib edilməsi;
- Filial üzrə maliyyə və statistik hesabatların tərtib edilməsi və müəyyən olunmuş qaydada baş ofisə təqdim edilməsi;
- Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsinin təmin edilməsi;
- Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
İş şəraiti:
- İş yeri – “Zeytun Pharmaceuticals” MMC-nin Şirvan filialı (Ünvan: Şirvan şəh., H.Əliyev pr.,416);
- 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 16:30-dək ;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...