Maliyyə üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mover LLC şirkəti Maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin aylıq(rüblük,illik) maliyyə  nəğd pulun hərəkəti proqnozlarının hazırlanması, cash flow hesabatının hazırlanması
  • Əməliyyat xərcləri ilə bağlı sənədlərin büdcə nəzarəti prosedurlarına uyğun olaraq   günlük yoxlanılması və təsdiqi
  • Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi
  • Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
  • Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək
  • Kreditorlarla hesablaşmaların aparılması
  • Vaxt aşırı kreditorlarla üzləşmə aktlarının tərtibi və üzləşmələrin aparılması
  • ƏDV bəyannaməsinin hazırlanması və əvəzləşməsinin edilməsi
  • ÖMV bəyannaməsinin hazırlanması və göndərilməsi
  • Mənfəət bəyannaməsinin hazırlanması
  • Digər lazımi bəyannamələrin tərtib edilməsi və vergi orqanlarına göndərilməsi
  • Vergi orqanları ilə yazışmalar, yaranmış uyğunsuzluqları aradan qaldırmaq, kameral məktubların cavablandırılması
  • Vahid muzdlu bəyannamə hesabatının hazırlanması və göndərilməsi
  • Bütün növ statistika hesabatlarının hazırlanması və aidiyyatı quruma göndərilməsi
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi  və ezamiyyənin hazırlanması
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, bank qalıqlarına gündəlik nəzarət
  • Kassa əməliyyatların icrasına nəzarət, kassa qalıqlarının gündəlik yoxlanışı
  • Bütün xərc maddələrinə nəzarət etmək, onların təyinatı üzrə təsnifatlaşdırmaq
  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
  • İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
  • Şirkətin daxili və xarici bank köçürmələrinin icrası;
  • Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması;
  • Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
  • Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsi;
  • Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsinin həyata keçirilməsi, bu barədə birbaşa rəhbərinə məlumat və hesabat verilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • İş təcrübəsi: Bu sahə üzrə 2 ildən çox iş təcrübəsi;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
  • MS Office (güclü səviyyədə Excel) bilikləri;
  • Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı