Maliyyə şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000 -4000 AZN. Corn Processing Company Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməlidir.

Vəzifə öhdəlikləri:

  • Aylıq , rüblük və illik Vergi və Statistika hesabatlarının hazırlayır;
  • Əsas maliyyə hesabatlarını və digər menecment hesabatlarını hazırlayır;
  • Maliyyət departamenti əməkdaşları ilə sıx çalışaraq iş prosesinə nəzarət edir və bütün hallarda mühasib və kiçik mühasiblərə işlərində dəstək olur və nəzarət edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada axivə təhvil verilməsinə nəzarət edir;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabatının aparılmasına nəzarət edir;
  • Günlük, aylıq, rüblük, yarımillik və illik istehsal ilə bağlı analizlər , analizlər üzrə xərc hesablarında və ümumi uçotda dəqiqləşmələr aparır və uçot siyasətinin izlənilməsinə nəzarət edir;
  • Maliyyə departamentinin proseduruna üzrə işlərin və uçotun izlənilməsinə nəzarət edir;
  • Səyyar, kameral, operativ vergi yoxlamaları və daxili , xarici audit yoxlamaları məqsədləri üçün işləri təşkil edir və nəzarət edir;
  • Maliyyə ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsini təşkil edir;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsini yoxlayır və nəzarət edir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə
  • istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirilmələrinə nəzarət edir;
  • Daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasını gerçəkləşdirir;
  • Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;
  • Hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasını və tərtibini təşkil edir;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;

Namizədə Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Maliyyə-mühasibat işi üzrə idarəçi kimi minimum 5 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi(ingilis dili biliyi arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
  • Elektron Maliyyə programları üzrə bilik və işlətmə bacarığı;
  • Maliyyə sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi
  • Analitik təhlil, strateji düşünmə, korporativ işində tətbiq edə biləcək səviyyədə bilmək;
  • Statistik və riyazi biliklər
  • Zamanı idarəetmə və problem həlletmə bacarığı;

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı