Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Maliyyə şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İstehsalatda iş təcrübəsi arzuolunandır.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək
- Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
- İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
- Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
- Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
- Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
- Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
- Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
- ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
- Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
- Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...