Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Sənaye Korporasiyası şirkəti Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Funksional vəzifələr:

  • Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
  • Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
  • Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
  • Təqdim edilmiş büdcə və proqnozların təhlili
  • Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
  • Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparilmasi və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
  • Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
  • Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
  • Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət

Namizədə dair tələblər:

  • Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
  • Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi;
  • Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
  • Statistik və riyazi biliklər;
  • Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
  • ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır;

Əmək haqqı 1000-1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı