Qısa məzmun
Master Builders Solutions Azerbaijan Maliyyə nəzarəti üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- İstehsal məhsullarının və idxal məhsullarının maya dəyərini hesablamaq, araşdıraraq artma və azalma səbəblərinin müəyyən edilməsi;
- Mühasibatlıq yazılışlarına sahib olmaq və şirkət siyasətinə uyğun olaraq təsnifatlaşdıraraq, sistemə daxil edilməsinə nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkətinin, idarəetmə və zəruri hesabatların təqdim edilməsi;
- Şirkətin vergi və biznes fəaliyyəti haqqında hesabatlarının hazırlanması;
- Qanunvericilik və maliyyə qaydalarına riayət olunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması;
- Mühasibatlıqda çalışan işçilərin işlərinə nəzarət.
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, mühasibatliq, iqtisadiyyat);
- Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
- Sistemli və analitik düşünmə, diqqətli, nəticə yönümlü;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- İngilis dili biliyi;
- Beynəlxalq sertifikatlar (ACCA F3) və SAP B1 proqramını bilmək əlavə üstünlükdü.
- Ünvan: Bakı şəhəri.
- İş qrafiki: 5 günlük iş qrafiki.
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Əmək haqqı işçinin bilik və bacarığından, məsuliyyətindən asılı olaraq dəyişə bilər.
- Tərcümeyi-halınızı 31 Avqust 2022-ci il tarixindən gec olmamaq şərti ilə elektron ünvanına subject/mövzu hissəsində “Maliyyə nəzarəti üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...