Qısa məzmun
“AS Qrup İnvestment” MMC Maliyyə nəzarəti və audit üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir
Departament: Maliyyə;
Şöbə: Maliyyə nəzarəti və audit;
Vəzifə: Kiçik Mütəxəssis.
Hesabat verir: Maliyyə nəzarəti və audit şöbəsinin müdirinə.
VƏZİFƏYƏ dair TƏLƏBLƏR:
- Ali təhsil: (maliyyə, mühasibatlıq, audit ixtisasları üzrə);
- Audit, maliyyə nəzarəti, hesabatlılıq, mühasibatlıq sahəsi üzrə minimum 1 ilə qədər iş təcrübəsi (istehsalat və ya inşaat sahəsində iş təcrübəsi arzu-olunandır);
- Müvafiq sahədə beynəlxalq sertifikatların olması üstünlükdür (CFA, ACCA);
- Kompüter bilikləri: MS Excel bilikləri – yaxşı səviyyədə olmalı (riyazi, məntiqi, data ilə bağlı funksiyalar);
- Mühasibatlıq və vergi sahələrində nəzəri biliklər
- Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə (Intermediate) bilməli;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Fərdi və komandada işləmək bacarığı;
- Stressə dözümlülük;
- Tapşırıqları sürətli yerinə yetirə bilmək bacarığı;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi;
- Hesabatların təhlili;
- İllik yoxlama planına uyğun olaraq, şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Xərclərin təhlili və onlara nəzarət;
- Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
- Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
- Maliyyə vəsaitlərinin hərəkətinə və maddi dəyərlilərdən istifadə olunmasına nəzarət və daxili maliyyə təftişi prosesində iştirak;
- Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
BİZ TƏKLİF EDİRİK:
- İş vaxtı: 09:00 – 18:00;
- İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
- Korporativ nömrə, danışıq vaxtı və internet paket;
- Karyera imkanları;
- Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
- İş yeri: Yasamal rayonu (Renessans Plaza);
- Gənc və peşəkar işçi heyəti.
CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi hr@asgroup.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Maliyyə Nəzarəti və Audit üzrə Kiçik Mütəxəssis) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...