Maliyyə meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Group Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya haqqında:

İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

  • İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək;
  • Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
  • Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
  • Debitor, kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
  • Aylıq büdcə-fakt analizinin aparılması;
  • Audit tərəfindən aşkarlanan səhvlərin aradan qaldırılması üzrə işləri icra etmək;
  • Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək;
  • Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi;
  • Vergi qaydalarının uyğunluğunu təmin etmək;
  • Birbaşa rəhbər və ya şirkət rəhbərliyi tərəfindən tələb olunan digər analitik hesabatların hazırlanması.

Təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat)-sahə üzrə beynəlxalq sertifikat namizədliliyi gücləndirəcək üstünlükdür.
  • Sahə üzrə ümumi 5 il iş təcrübəsi, xüsusilə maliyyə nəzarəti, audit, hesabatlılıq sahəsi üzrə minimum 2 il  iş təcrübəsi

Bacarıq və səriştələr:

  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Güclü analitik bacarıqlar;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • MS Office proqramlarının (xüsusən excell) və digər proqramları (məs. 1 C 8.3) mükəmməl bilmək;

Müraciət qaydası-Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Maliyyə meneceri” qeyd etməyi unutmayın.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə