Maliyyə Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand-Agro LLC Maliyyə Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ACCA və CFA və əlaqədar sertifikatlar olmalıdır.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi nəzərdə tutulmuşdur.

  • İş yeri – Çinar Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Maliyyə Meneceri

Vəzifə öhdəlikləri:

  • Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır
  • Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət
  • Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir
  • Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir
  • Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin edir , Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil edir və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar verir;
  • Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil edir, şirkətin ödəmə qabiliyyətinin və likvidliyinin təmin edir
  • Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmamış maddi-texniki ehtiyatların əmələ gəlməsinin və ləğv edilməsinin qarşısının alınmasına, istehsalın gəlirliliyinin artırılmasına, mənfəətin artırılmasına, məhsulların (malların) istehsalı və satış maya dəyərinin azaldılmasına, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir
  • Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlığını təmin edir
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirir
  • Müəssisə dirеktоrunа və üçüncü şəхslərə (dirекtоrlаr şurаsınа, invеstоrlаrа, кrеditоrlаrа) idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı

Tələblər:

  • Təhsil : Ali ( Maliyyə və Biznes İdarəçiliyi)
  • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
  • Sertifikatlar: ACCA və CFA və əlaqədar sertifikatlar
  • İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı , BTP və Elektron hökümət portalı

Texniki Bacarıqlar:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
  • Risklərin idarə edilməsi üzrə biliklər
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər

Səriştəlik:

  • Açıq fikirli,məqsədyönlü və nəticəyə meyillilik bacarığı
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Analitik düşüncə və proqnoz etmə bacarığı, detallara fokuslanma
  • Liderlik və Təşkilatçılıq
  • Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə ,
  • Yeniliklərə açıq olma, insiativ alma qabiliyyəti
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Operativlik və İcra etmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Maliyyə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı