Maliyyə meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzBadam Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və büdcənin icrasına nəzarət;
  • Cəmiyyəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləhətçiləri ilə əməkdaşlıq etməsinə hazırlamaq və onlar qarşısında Şirkətin maraqlarının təmsil edilməsi;
  • İllik inventarizasiya prosesinin təşkili və icrasına nəzarət;
  • Müəssisənin maliyyə və uçot siyasətinin hazırlanması və onun icrasına nəzarət;
  • Aylıq olaraq baş ofisə təqdim olunan daxili maliyyə hesabatlarının hazırlanması;
  • İstehsal olunan məhsulun maya dəyərinin hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. qaydaların müəyyən edilməsi və icrası;
  • Müəssisənin inkişaf strategiyasına uyğun illik maliyyə planlarının tərtib edilməsi, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edilməsi;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
  • Yeni layihələrin feasibility hesabatlarının hazırlanması; və s

Tələblər:

  • Təhsil: Ali (Maliyyə və Iqtisadiyyat)
  • Təcrübə: Müvafiq sahədə 5+il peşəkar təcrübə
  • Kompüter bilikləri: Microsoft Office, 1C proqramı
  • Müvafiq sertifikatların olması üstünlükdür (ACCA, CFA, CİA ilə əlaqədar sertifikatlar)
  • Kənd təsərrüfatı və İstehsalat üzrə iş təcrübəsinin olması əlavə üstünlük təşkil edir

Link: https://qlor.me/lidctp2tu

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə