Qısa məzmun
Ə/h 500 AZN. Barattson School of Business & Finance Maliyyə ixtisaslaşmaşı bölməsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
- Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
- Tələbə – müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək
- Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
- Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
- İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
- Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək
- Tələb olunduqda təşkilatın layihələrində iştirak etmək
- İş qrafiki : altıgünlük, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500 AZN + bonus
Namizədə tələblər:
- Ali təhsil
- CFA və ACCA haqqında biliklər (Maliyyə sahəsi üzrə sertifikatların olması üstünlükdür)
- Operativ işləmə bacarığı
- İdarəetmə təcrübəsi ( 1 ildən artıq)
- Ünsiyyət bacarığı
- Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə Ms Excel
- Dil bacarıqları: Azərbaycan dili – əla səlis, İngilis dili – “upper intermediate”, Rus dili biliyi üstünlükdür
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15.02.2021-ci il.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...