Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mövcud Büdcəsinin departamentlər və bütövlükdə şirkət səviyyəsində analiz edir;
  • Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
  • Departamentlərin faktiki gəlirlərinin və xərclərinin aylıq, rüblük və illik hesabatlarının hazırlayır və həmin hesabatların büdcə ilə müqayisəli təhlil edir;
  • Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək  potensial problemli sahələr barədə məlumatlandırır;
  • Verilmiş büdcədən kənarlaşma hallarının aşkara çıxarır və təhlil edir. Büdcədən kənar aşkar olunmuş əhəmiyyətli fərqlərin və yüksək məbləğli xərclərin təhlil edib şöbə və departament rəhbərini bu barədə məlumatlandırır;
  • İllik büdcənin, pulların hərəkəti barədə proqnozları hazır edir;
  • Departamentlərin və bütövlükdə şirkətin göstərilmiş proqnozlara uyğun əməliyyatlarının həyata keçirilməsinə nəzarət edir;
  • Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
  • Şirkətin uzunmüddətli biznes inkişafı və idarə edilməsi üzrə proqnozları hazır edir;
  • Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
  • Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
  • Potensial pul axını problemlərini müəyyənləşdirmək üçün likvidlik analizini aparır və ortaya çıxa biləcək problemlərin aradan qaldırılması yollarının təhlil edir;
  • Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
  • Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
  • Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
  • Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
  • Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
  • Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
  • Gəlir və xərclərin təhlilini aparır;
  • Elektron cədvəllərdən  istifadə etməklə maliyyə modellərini tərtib edir;
  • Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir
  • Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir;
  • Maliyyə departamentinin işinin düzgün yerinə yetirilməsi üçün lazım olan müvafiq məlumat və sənədlərin alınması üçün digər  şöbə rəhbərlərinə yazılı müraciətetmək.

Tələblər:

  • Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili;
  • Maliyyə sahəsində azı 2-3 il iş təcrübəsi. (Big Four Audit şirkətləri və FMCG sahəsində  çalışan mütəxəsislərə üstünlük veriləcək);
  • Riyazi təfəkkür;
  • Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi;
  • Səbir, təmkir və detallara diqqət;
  • Prosseslərə nəzarət və peşə biliklərini payıaşma qabiliyyəti olmalı;
  • Təzyiq altında işləmək qabiliyyəti;
  • Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Təşkilatçılıq və İdarəetmə bacarıqları;
  • Yerli Qanunvericilik və IFRS sahələrində praktiki və ya nəzəri biliyi olmalı;
  • Maliyyə hesabatlarının hazırlanması prosesində Power BI və macroslardan istifadə etməklə, hesabatların avtomatlaşdırılması;
  • ACCA, CFA üzrə sertifikatlı namizədlərə üstünlük veriləcəkdir;
  • Dil bilikləri: Azərbaycan – əla, İngilis dili – əla, Rus dili – tələb deyil, üstünlük verir;
  • Qabaqcıl PC istifadəçisi, 1C 8.2-3.

Maraqlananlar CV-lərini elektron ünvanına 17.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı