Maliyyə hesabatları şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Sənaye Korporasiyası ASC Maliyyə hesabatlarının şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Cəmiyyət və onun törəmə müəssisələri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətini hazırlamaq, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və icrasına nəzarəti həyata keçirmək
  • Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələri üzrə vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək
  • Cəmiyyətin törəmə müəssisələri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən Maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək
  • Cəmiyyətin törəmə müəssisələrinin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək
  • Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
  • Cəmiyyətin törəmə müəssisələrinin aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək
  • Cəmiyyətin digər struktur bölmələri və Maliyyə departamentinin digər şöbələri ilə koordinasiyanı təmin etmək
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili
  • Maliyyə-mühasibat işi üzrə rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
  • Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək
  • Vergi qanunvericiliyi üzrə biliklər
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi
  • Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır)
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı
  • 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı
  • Statistik və riyazi biliklər
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır
  • Böyük dördlük (Big4) və ya onluq (Top10) audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir
  • Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı