Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Unibank Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İşçi intizamına nəzarət olunmalıdır.

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin mütəxəssisi

Öhdəliklər:

  • Biznes blokları və məhsular üzrə xərclərin bölüşdürülməsi üzrə ən yaxşı təcrübələrin tətbiqi. Activity-based costing kimi xərclərin bölüşdürülməsi alətlərinin istifadəsi.
  • Biznes bloklarının və məhsullarının effektivlik təhlilinin aparılması. Rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi.
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) və variasiya hesabatlarının təhlili.
  • Qərarqəbuletmə məqsədi ilə maliyyə təhlili və maliyyə modellərinin yaradılması/mükəmməlləşdirilməsi.
  • Qiymətləndirmə, planlaşdırılma və proqnozlaşdırmaya dəstək məqsədli maliyyə modellərinin yaradılması (çoxsaylı layihə və məhsullar üzrə).
  • Layihə büdcələşməsi və xərclərinin planlaşdırılmasında dəstək.
  • Maliyyə modelləşməsi üzrə güncəl texniki biliklər və bazar trendlərindən məlumatlı olmaq.

Namizədə tələblər:

  • Maliyyə modelləşdirilməsi üzrə biliklər
  • Güclü analitik və məlumat toplama bacarığı
  • Yüksək səviyyədə excel bilikləri
  • Data query/data management alətləri ilə təcrübəyə üstünlük verilir (Access, SQL)

Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Maliyyə effektivliyinin idarə edilməsi şöbəsinin mütəxəssisi göstərməklə öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı