Maliyyə direktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2500 AZN. Arsenal Group Maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edir. 1C və Microsoft Office proqramlarını əla səviyyədə bilməlidir.

İş barədə məlumat:

  • Həvalə edilmiş departamentin (baş mühasib,mühasib,xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması.Mühasibat,hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik
  • 1.C (8.3 UPP) proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik
  • Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
  • Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
  • Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
  • Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
  • Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
  • Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
  • Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
  • Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
  • Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
  • Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən
  • ilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması
  • Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
  • Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi
  • Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
  • Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
  • Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr

 

İş qrafiki:

  • Tam iş günü, iş qrafiki I-VI günlər,saat 9:00-dan 18:00-dək
  • Ofis Gənclik-Nərimanov ərazisində yerləşir
  • Əmək haqqı – 2500 AZN + KPİ (sistem qurulduqdan sonra)

Namizədə tələblər:

  • Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
  • Maliyyə nəzarətin prinsiplərini bilməli
  • Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
  • Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli
  • Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklər
  • Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklər
  • Müvafiq sahədə (baş mühasib və maliyyə direktoru) ən azı 5 il iş təcrübəsi
  • Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
  • Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
  • ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilmək,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə minimum 3 il iş təcrübəsi
  • 30-45 yaş həddi
  • Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
  • Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
  •  Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı