Maliyyə Direktoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir.

İşin Təsviri:

  • İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;
  • Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;
  • Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;
  • Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;
  • Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;
  • Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;
  • 1C: Mühasibat 8.3 (və ya müvafiq versiya) proqramında əməliyyatların aparılmasını dərindən bilmək, Operatorların daxil etdiyi sənədləri yoxlamaq, Aylıq bağlanış, hesabatların hazırlanması (ƏDV, DSMF, mənfəət vergisi, kassa, bank və s.) dövriyyə cədvəlləri, qalıq və hərəkət hesabatları ilə işləmək,
  • Debitor və kreditor borcların nəzarəti və analizini apara bilmək

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
  • Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Güclü analitik bacarığı.
  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisasları üzrə);
  • 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Vergi və əmək qanunvericiliyi biliyi ;
  • E-taxes.gov.az, E-gov.az portallarında işləmə təcrübəsi.
Məlumat :
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 3000 AZN
  • 5 günlük iş həftəsi
  • İş saatı: 08:30 –dan 17:30 -dək
  • Korporativ nömrə ilə təmin olunur
  • Vakansiya növü – Tam ştat
  • İstirahət: Şənbə və bazar günləri
  • Ünvan: Çinar Park Biznes Mərkəzi ( Əhməd Rəcəbli )
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi  info@dashyunu.az ünvanına məktubun mövzusunu “Maliyyə direktoru ” qeyd etməklə göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı