Qısa məzmun
C and S Group LLC Maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
- Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasına, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik;
- Eyni zamanda vergi, DSMF, statistika, məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək;
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək və mühasibatlıq uçotuna dair digər praktik biliklər;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
İş saatları həftə içi 09:00-18:00, nahar vaxtı 13:00-14:00; - Əmək haqqı; 2000-2500 AZN.
Namizədə tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
- Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
- MS Office sərbəst işləmək bacarığı;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək;
- Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır;
- Xanım namizədlərə üstünlük veriləcəkdir;
- Yaş həddi 30 – 40;
- Şirkət daxili nizam-intizam qaydalarına riayət etməlidir.
Maraqlanan namizədlərdən cv-lərini “maliyyə direktoru” başlığı altında arzu.magerram@csgroup.az elektron ünvanına göndərməsi xahiş olunur
Oxşar vakansiya siyahısı:
1500 — 2000 ₼
Maliyyə nəzarət mütəxəssisiAGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 900 ₼
Mühasib-operatorSiyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...