Qısa məzmun
VMF Maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət ;
Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili; - Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
- Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
- Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
- Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir.
- Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
- İş qrafiki həftəlik 6 günMaaş razılaşma yolu ilə (maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )
- Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından ə
- əkdaşları şirkətin servisi götürür və axşam gətirir.
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
- Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
- Komandada işləmə və düzgün idarəetmə bacarığı;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
- Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr.office@vmf.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...