Qısa məzmun
FF Group şirkəti Maliyyə Departamentinin Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə:
- Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
- Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
- Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək; maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
- Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
- Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
- Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:
- İqtisadi təhsil;
- Maliyyə sahəsində 5-8 il, maliyyə müdiri kimi (istehsalat sahəsində) ən azı 2 il iş təcrübəsi;
- 1C, MS Excel üzrə mükəmməl işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
- ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti
- İş şəraiti: 5 iş günü
- Əmək haqqı: namizədin gözləntilərinə əsasən
- Digər: korporativ nömrə, nahar
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...