Maliyyə departamentində əməliyyatlar üzrə operator (stajor)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzdizaynGroup Maliyyə departamentində əməliyyatlar üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Ali təhsil, (İqtisadiyyat, Maliyyə üzrə) Universiteti yeni bitirmiş tələbələr)
  • Təcrübə tələb olumur. Şirkət öyrədir.
  • Diqqətcillik,
  • Hesablama qabiliyyəti,
  • Ünsiyyətcillik,
  • Analitik düşünmə qabiliyyəti
  • MS Office kompüter proqramları biliyi.
  • Yaş həddi: 20-25

İş haqqında məlumat:

  • Mal qaytarması zamanı qaimələrin sistemdə işlənilməsi və ödənişlərin edilməsi
  • Mağaza və anbarlardan gündəlik satış və ödəniş qəbul edilməsi
  • Gündəlik olaraq satınalma sifarişlərin qəbul edilməsi
  • Məhsullarla bağlı müştərilərə məlumat verilməsi
  • Sifarişləri qəbul etdikdən sonra anbardara sifariş qaiməsinin verilməsi
  • Müştərilərdən sifarişləri qəbul etdikdən sonra sifariş qaiməsinin anbara yönləndirilməsi
  • Məhsullar maşına yükləndikdən sonra satış qaiməsinin təsdiq edilməsi və ödənişin qəbul edilməsi
  • Müştəridən geri qayıda və anbar tərəfdən qəbul edillən məhsulların sistemə işlənilməsi
  • Tələb olunduqda müştərilərə borcları haqqında məlumat verilməsi, borc limitinin bildirilməsi
  • Avtomobillərin sifarişə uyğun yüklənməsi və gediş istiqaməti haqqında anbardarın və sürücünün məlumatlandırılması
  • Sifarişlərin çatdırılma növbəsinin müəyyən edilməsi
  • Günün sonu kassa qalığınn mərkəzi kassaya təhvil verilməsi, müvafiq sənədləşmənin aparılması
  • Geri qayıdan mallarla bağlı ayda bir dəfə rəhbərliyə hesabat verilməsi
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  •  Əmək haqqı 350 manat

Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə departamentində əməliyyatlar üzrə operator” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə