Qısa məzmun
Azersun Holding Maliyyə analizi üzrə mütəxəssis (Xaçmaz,Lənkəran, İmişli) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı olmalı;
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Rus və ya İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür ..
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
İş yeri: Xaçmaz, Lənkəran, İmişli. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına “Maliyyə analizi üzrə mütəxəssis (müvafiq bölgə)“ başlığı ilə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...