Maliyyə Xidmətləri üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect Maliyyə Xidmətləri üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : Maliyyə
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi : 31 Oktyabr 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Maliyyə Xidmətləri üzrə Aparıcı Mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

  • ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq;
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
  • Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
  • ERP platformasında müvafiq müxabirləşmələri vermək;
  • Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.);
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
  • Vergi hesabatlarını hazırlamaq və göndərmək;
  • Statistika, məşğulluq və s. hesabatları hazırlamaq və göndərmək;
  • Vergi, statistika və s. məktubları cavablandırmaq;
  • Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tələbləri:

  • Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil;
  • Mühasibatlıq və vergi sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • AR Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Mühasibatlığı yaxşı bilmək;
  • Analitik düşünmə qabiliyyəti;
  • Detallara diqqət yetirmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  •  Güclü ünsiyyət bacarığı;
  • Nəticə yönümlü;
  • Sənədləşmə və yazışma işlərini bacarmalı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı