Maliyyə mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AGA Group Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti
İş rejimi: 5 gün, 09:00-18:00
İş yeri: Demirchi Tower
Son müraciət tarixi: 20.10.2022

Xüsusi tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə üstünlükdür);
  • İş təcrübəsi: Maliyyə Nəzarəti, Audit, Risklərin İdarəedilməsi, Hesabatlılıq sahəsi üzrə ən azı 1.5-2 il;
  • Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər təhsili (eyni zamanda ACCA F3/F7 sertifikatının olması üstünlükdür);

Vəzifə tələbləri:

  • Kompüter bilikləri: 1C (yaxşı), Excel (əla), ERP;
  • Dil: Azərbaycan dili (əla), İnglis dili (üstünlük verilir);
  • Yaş: 24-28.

Vəzifə öhdəlikləri:

  • İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını (hər dördünü) hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlamaq;
  • Faktiki rəqəmlərdəki dəyişikliklərin, dalğalanmaların və tendensiyaların aylıq, rüblük və illik təhlilini həyata keçirmək;
  • Müvafiq əməliyyatları 1C proqramına daxil etmək.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün  əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini  təşkil və nəzarət etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
  • Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən  vəsait istəyi ilə bağlı müraciətin hazırlanması;
  • Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi;
  • Şirkətin illik büdcəsinin hazırlanması;
  • Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;
  • Kredit borclar üçün banklar tərəfindən tələb olunan hesabatların və sənədlərin banka göndərilməsini təmin etmək;
  • Debitor və kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
  • Aylıq büdcə-fakt analizinin aparılması;
  • Audit tapıntılarının aradan qaldırılması üzrə işlər.

Bacarıqlar:

  • Riyazi hesablama aparma;
  • Analitik düşünmə;
  • Dəqiqlik və detallara diqqətlilik ;
  • Məsuliyyətlilik.

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə