Maliyyə təhlili şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1200 AZN. Azərbaycan Sənaye Korporasiyası ASC Maliyyə təhlili şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Maliyyə hesabatları, biznes planlar və layihələr üzrə təhlillərin aparılmasını təmin etmək, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
  • Səmərəlilik , likvidlik və uzun müddətli dayanıqlıq göstəricilərini əvvəlki dövrlərlə müqayisə edib mühüm fərqləri araşdırmaq
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət edərək kənarlaşmaları, gözlənilən riskləri və əlavə imkanları təhlil etmək
  • Büdcə və proqnozların təhlil olunması, faktiki xərclərin büdcə limitlərinə uyğunlugunun monitorinqi, xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
  • İnvestisiyaların səmərəliliyini təhlil etmək və kənarlaşmalar üzrə mütəmadi olaraq hesabat hazırlayıb təqdim etmək
  • Maliyyə və uçot şöbələrinə müvafiq hesabatların hazırlanmasında dəstək göstərmək, meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
  • Dövlət strukturları tərəfindən təqdim olunmuş sorğular üzrə maliyyə təhlillərinin aparılması
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
  • İş qrafiki: 1-ci və 5- ci günlər (tam iş günü)
  • Nahar vaxtı: 13:00- 14:00

Namizədə tələblər:

  • Müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
  • İxtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s.)
  • İş təcrübəsi (minimum 3 il)
  • Məsuliyyətli və intizamlı olmaq
  • Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
  • Komandada çalışmaq bacarığı
  • Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
  • Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı