Maliyyə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

C and S Group LLC Maliyyə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 30-45;
  •  Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi;
  •  Xanım namizədlərə üstünlük verilir;
  •  Detallara qarşı diqqətli və məsuliyyətli olmaq
  •  Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  •  Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  •  Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
  •  MS Office, BTP, EVHF hesabatlarını mükəmməl səviyyədə bilməli.

Vəzifə öhdəlikləri:

  •  Maliyyə rəhbəri  bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
  •  Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;
  • Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi;
  • Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq;
  • Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması;
  • Rüblük maliyyə analizlərinin aparılması;
  • Müştərilərin maliyyə vəziyyəti haqqında, mənfəət və zərər haqqında, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik haqqında hesabatlarının hazırlanması;
  • Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
  • Hazırlanmış vergi bəyannamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
  • Mal-materiallarının uçotunun aparılması;
  • Cəmiyyət tərəfindən qanunvericilik sənədlərinin icrasını təmin edir;
  • Beynəlxalq və yerli mühasibat uçotu prinsiplərinə əsasən uçotun aparılmasını təmin edir;
  • Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim olunmasını təmin edir.
  • Maliyyə şöbəsinin daxili proseduları ilə bağlı qaydaları hazırlamaq.
İş qrafiki ; bazar ertəsi-cümə (09:00-18:00)
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi leyla.ashurova@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı