Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Maliyyə Departamentinə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.
ÖHDƏLİKLƏR:
- Maliyyə üzrə təcrübəçi Departamentin müəyyən funksiyaları üzrə Departament əməkdaşlarına aşağıdakı məsələlər üzrə dəstək olacaqdır.
- Hesabat sistemindən tələb olunan hesabatların çıxarılması
- Kartların sayılması, çeşidlənməsi və göndərilməsi
- Ödəniş sənədlərinin çeşidlənməsi və qovluqlara yığılması
- Müqavilələrin çeşidlənməsi
- Kreditorların/müqavilələrin siyahısının hazırlanması
- Maliyyə hesabatı cədvəllərinin tərtibatında iştirak etmək
- Departament əməkdaşları tərəfindən verilən digər hər hansı bir tapşırığı icra etmək
Tələblər:
- Ali təhsil (Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində)
- Şifahi və yazılı Azərbaycan dili bacarıqları
- İngilis dili bacarıqları
- MS Office proqramları ilə (xüsusən MS Excel) sərbəst işləmək bacarığı
- Analitik bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı
- Yeni bilik və bacarıqların öyrənilməsinə hazır olmaq.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Sentyabr 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Departamentinə təcrübəçi qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.
Oxşar vakansiya siyahısı:
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...