Maliyyə Departamentinə Aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

“Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
  • Maliyyə sahəsində 3 il iş təcrübəsi;
  • ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
  • MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
  • SQL (ilkin səviyyədə) biliklərinə malik olması;
  • Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
  • Yüksək səviyyədə məntiq və riyazi bilik;
  • Analitik düşünmə qabillyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

Vəzifə öhdəlikləri:

  • Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
  • Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
  • Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
  • Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirilməsi, və sistemin əlaqədar struktur bölmələri ilə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi;
  • Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Büdcə təhlil üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə