Maliyyə analitiki
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avrora MMC şirkəti Maliyyə analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İnvestisiya layihələrinin təhlili üçün lazımi məlumatların toplanılmasının təmin edilməsi;
  • İnvestisiya layihələrinin modelləşdirilməsi və müəyyən edilmiş təhlillərin aparılması;
  • İnvestisiya layihələrinin nəticələri üzrə təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilən digər hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatın hazırlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması üzrə biliklər;
  • CFA Level 1 və ya 2 sertifikatları (üstünlük hesab olunur);
  • Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
  • Maliyyə modelləşdirilməsi üzrə biliklər;
  • Analitik və strateji düşüncə;
  • Problemləri həll etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil : Ali ( İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə olunması ixtisasları üzrə);
  • İş təcrübəsi : Minimum 3 il (Bank sahəsində təcrübə üstünlük hesab olunur);
  • Dil bilikləri : Azərbaycan (səlis) və İngilis dilləri (səlis), Rus dili biliyi üstünlük hesab olunur.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş qrafiki : 09:00-18:00;
  • İş yeri : Avrora MMC (Bakı ş., Aşıq Molla cümə küşəsi 46C).

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə
  • Həyat Yığım Sığortası (könüllü)
  • Sağlamlıq sığortası;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı