Mal-material üzrə mühasib (anbar)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MSDIS Holding Mal-material üzrə mühasib (anbar) vəzifəsi üzrə vakansiya elan edir.

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: Mal-material üzrə mühasib (anbar)

Vəzifə öhdəlikləri:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
  • Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
  • İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
  • MS Office ( Excell-yüksək səviyyədə)
  • Yaş həddi: 23-45
  • Satış və anbar arasındakı koordinasiyasını bilməli
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

Texniki Bacarıqlar:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında təyin olunur)
  • Nahar verilir
  • İş yeri: Abşeron ray., Hökməli qəsəbəsi (Atyalı)

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Mal-material üzrə mühasib (anbar)” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı