Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Mal-material üzrə mühasib (anbar) vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vakansiyanın adı: Mal-material üzrə mühasib (anbar)
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
- İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
- MS Office ( Excell-yüksək səviyyədə)
- Yaş həddi: 23-45
- Satış və anbar arasındakı koordinasiyasını bilməli
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Texniki Bacarıqlar:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
- Azərbaycan Respublikası Vergi Məcəlləsi
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında təyin olunur)
- Nahar verilir
- İş yeri: Abşeron ray., Hökməli qəsəbəsi (Atyalı)
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Mal-material üzrə mühasib (anbar)” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...