Mal-material üzrə mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ADORE kompani Mal-material üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və 1 C 8.2 proqramında sərbəst işləmək təcrübəsi;
  • Məsuliyyətli və işində dəqiq olmaq;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

İşin təsviri:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
  • Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu
  • Standartlarına uyğun uçotunun təmin edilməsi;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Müəssisənin nümayəndəliklərində mal-materiala və əsas vəsaitlərə cavabdeh olacaq maddi-məsul şəxslərin təyin edilməsi və müəyyən dövr ərzində nümayəndəliklərdən mal-material və əsas vəsaitlərin inventarizasiyasını tələb etmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib edilməsinə nəzarət etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması;
  • Şöbə müdiri və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;

İş şərtləri:

  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
  • İş vaxtı 09:00 – 18:00;
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı müsahibə əsnasında;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə hr.info@adoregroup.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mal-material üzrə mühasib” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı