Mal-material mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. Titan Group Mal-material mühasibi vəzifəsi üzrə vakansiya elan edir. Excell proqramında yüksək səviyyədə işləmək bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
  • Material anbarı və maddi məsul şəxslərin anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və sistemə işlənilməsinin icra edilməsi;
  • Mal-materiallar üzrə ilkin sənədlərin (elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktı hazırlanması, invertarizasiya aktı və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət) tərtib və qəbul edilməsi və uçotda əks etdirilməsi;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması, məbləğinin hesablanmasının həyata keçirilməsi;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Rəhbərlik və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Namizədə tələblər:

  • Yaş həddi: 25-50
  • Ali təhsil; (Maliyyə və iqtisadiyyat ixtisası üzrə)
  • Dil bilikləri: Azərbaycan-ana dili, Rus və İngilis dilləri biliyi arzuolunandır;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
  • MS Office (Word, Excel), Logo, ERP və 1C 8.2 proqramlarından istifadə bacarığı.

İş qrafiki:

  • İş qrafiki: 08:00-17:00; (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Suraxanı rayonu.
  • Nahar və servis: Şirkət tərəfindən verilir
  • Əmək haqqı: Müsahibə zamansı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.
  • Uyğun olan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mal material üzrə mühasib” qeyd etməklə hr@titan.az mailinə göndərməklərini xahiş edirik

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı