Mal-material Anbardarı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agrarco Mal-material Anbardarı vəzifəsi üzrə vakansiya elan edir.

“AGRARCO” MMC şirkəti “Mal-material Anbardarı” vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:

İş yeri: Şimal-Qərb regionu, Zaqatala rayonu

Vəzifə öhdəlikləri:

  • Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirmək;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayaraq 1C sisteminə işlənməsini təmin etmək;
  • Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
  • Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin etmək;
  • Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
  • Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparmaq;
  • Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparmaq;
  • Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik etmək;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Təcrübə – Ən azı 3 -5 il iş təcrübəsi (Müvafiq sahədə 2 il);
  • Dil bilikləri – Azərbaycan dili (sərbəst), rus və ingilis dilləri (orta);
  • MS Office bilikləri (Word, Excel, Outlook);
  • 1C proqramı;
  • Kollektivlə işləmə qabiliyyəti.

Maraqlanan namizədlər elektron məktubun “Mövzu” hissəsində “Mal-material Anbardarı” vəzifəsini qeyd etməklə CV-ləri e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı