Qısa məzmun
Pate Patisserie Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik olmalıdır.
Vəzifə öhdəlikləri:
- Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və həll etmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
- Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;
- Mağazada xidmət standartlarının həyata keçirilməsi;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
- Mağazada satılacaq məhsulların sifarişini formalaşdırmaq və vaxtında istehsalat bölümünə təqdim etmək
Tələblər:
- İş təcrübəsi 5 il
- Yaş 30 – 50
- Ali təhsil arzu olunandır
- Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün, saat 09:00-18:00 (müştəri ehtiyacına görə iş saatı dəyişkən ola bilər)
- Təcrübəyə görə sabit əmək haqqı və satışdan 5 % bonus
Maraqı olan şəxslər CV-ni “Mağaza Müdiri” başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: info@pate.az
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...