Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Mağaza müdiri (Gəncə şəhəri) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- Mağaza stokuna nəzarət edilməsi;
- Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
- Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək daimi motivasiyada saxlamaq;
- Planoqrama uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi:1-3 il
- Dinamiklik ,diqqət və analiz etmək bacarıqlarının olması;
- İşgüzar davranış etikası olmalı;
- İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır;
- Outlook,MS Office, proqramları biliyi;
- Komanda ilə işləmək bacarığı;
- Dil biliyi-Azərbaycan (Əla),Rus (Əla)
- İstirahət günləri: Həftə ərzində 1 dəfə
Təminatlar:
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
- Bonus sistemi
- Təlimlər
- Əmək məzuniyyəti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Müraciət qaydaları:
CV-nizi hr.ganja@superfon.az elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Mağaza müdiri ( Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...