Mağaza müdiri (Gəncə şəhəri )
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon Mağaza müdiri (Gəncə şəhəri) vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə Öhdəlikləri:

  • Mağaza stokuna nəzarət edilməsi;
  • Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
  • Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
  • Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək daimi motivasiyada saxlamaq;
  • Planoqrama uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
  • Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
  • Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.

Tələblər:

  •  Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi:1-3 il
  • Dinamiklik ,diqqət və analiz etmək bacarıqlarının olması;
  • İşgüzar davranış etikası olmalı;
  • İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır;
  • Outlook,MS Office, proqramları biliyi;
  • Komanda ilə işləmək bacarığı;
  • Dil biliyi-Azərbaycan (Əla),Rus (Əla)
  • İstirahət günləri: Həftə ərzində 1 dəfə

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə
  • Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr.ganja@superfon.az elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Mağaza müdiri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 01.02.2023

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı