Qısa məzmun
Sinteks Group of Companies Mağaza menecerinin köməkçisi vakansiya elan edir. Satış bacarıqları olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müvafiq iş qrafikinə riayət olunmasına nəzarət etmək
- Aylıq satış planının hər bir satış təmsilçisi tərəfindən yerinə yetirilməsini təşkil etmək
- Bütün mağazaların təmiz olmasını və bütün qurğu və vasitələrin yaxşı vəziyyətdə olmasını təşkil etmək
- Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
- VİP satışları həyata keçirmək
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırmaq
- Ticarət salonunda nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək və bütün intizam pozuntuları haqqında rəhbərliyə vaxtında məlumat vermək. Zəruri hallarda mağaza menecerinin vəzifəsini yerinə yetirmək
Əsas tələblər:
- İxtisas / Təhsil:
- Ali təhsil
- Təcrübə:
- Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi
- Professional Biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- Microsoft Office Proqramlarını mükəmməl bilmək
- Müştəri xidmətləri
- Satış üsulları
- Professional Bacarıq və Kompetensiyalar:
- İdarəetmə bacarıqları
- Liderlik
- Satış bacarıqları
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressin idarəolunması
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mailına, mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...