Qısa məzmun
Homme Mağaza Menecerinin Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
- İşçi heyətinin müvafiq iş qrafikinə riayət olunmasını təmin edir
- Aylıq satış planının hər bir satış təmsilçisi tərəfindən yerinə yetirilməsini dəstək olur
- Ticarət salonunda baş verən nasazlıqları vaxtında aşkar edir və aradan qaldırılması üçün tədbir görür
- Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin edir
- VİP satışları həyata keçirir
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin edir
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırır
- Ticarət salonunda nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir
- Zəruri hallarda mağaza menecerinin vəzifəsini yerinə yetirir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil arzuolunandır
Təcrübə:
- Müvafiq satış sahəsində ən az 3 il iş təcrübəsi
Professional biliklər:
- Müştəri xidmətləri
- Satış texnikası
- Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış acarığı
- Ünsiyyət bacarığı
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Menecerinin Köməkçisi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...